Dünya

ABŞ hal hazırda dünyada 7 ölkəni bombalayır

394views

ABŞ hal hazırda dünyada 7 ölkəni bombalayır. Və bu 7 ölkənin hər biri Müsəlman ölkəsidir.

Sözü gedən ölkələr içərisində ən çox işğalda olan ölkə isə, Əfqanıstandır.

1- Əfqanıstan

ABŞ’da törədilən ’11 Sentyabr’ hadisələri, bir çox insanlar tərəfində dünyanın gedişatını dəyişən bir hadisə olaraq göstərilir. Hücumlardan dərhal sonra isə, George Bush liderliyindəki ABŞ, Əfqanıstanı işğal etdi. 2001-ci ildə işğal edilən Əfqanıstanda, ABŞ və NATO hərbi qüvvələri  15 ildir ki, Taliban ilə mübarizə aparır. Ancaq hələ də bu müharibəni ABŞ qazana bilməyib və sözü gedən müharibə ABŞ tarixinə ən uzun müddətli müharibə olaraq həkk olunub.

2- Pakistan

ABŞ’ın bombaladığı ölkələrdən biri də Pakistandır. ABŞ bir başa Pakistanı işğal etməsə də, Pakistan-Əfqanıstan sərhədlərində yerləşən Əl-Qaidə və Taliban qruplarının bəzən Pakistan bölgəsinə keçməsi zamanı, ABŞ hava qüvvələri həmin əraziləri bombalayır.

3-Yəmən

Yəmən də ABŞ hava qüvvələri tərəfindən hədəf alınan bölgələrdən biridir. Olduqca qarışıq vəziyyətin hökm sürdüyü ərazilərdə, Şəfi qoluna bağlı Sünnilər ilə şimalda patyaxt Sana şəhərinin də içində olduğu ərazilərdə, Şia’nın Zeydi qoluna bağlı qruplar aktiv olaraq hərbi münaqişələr törətməkdədir. Bu günlərdə isə Səudiyyə Ərəbistan’ın dəstək verdiyi qruplar, İran’la yaxınlığı ilə tanınan Husiləri bombalayır. ABŞ isə bu ərazilərdə Əl-Qaidə terror təşkilatını yaratmaq istəyən qrupları bombalayır. Uzun müddətdir hava hücumlarının dayanmadığı bu bölgələrdə, Səudiyyə Ərəbistan’nın hücumları zamanı hətda sivil insanlar belə həyatlarını itirir.

4- İraq

İraq’ın 2003-cü ildə ABŞ tərəfindən işğal edilməsi, Orta Şərqdə 10 ildən çoxdur davam edən xaosun səbəblərindən biri olaraq göstərilir. İraqın işğalı ilə ölkə xarabalığa çevrilməklə yanaşı, İŞİD kimi böyük bir terror qruplaşmasının da yaranmasına səsbəb oldu. ABŞ, Obama’nın hakimiyyətə gəlməsindən sonra, İraqdakı əsgərlərini geri çağırdı. Ancaq İŞİD’in yaranması ilə yenidən bu əraziləri bombalamağa başladı.

5- Suriya

Suriya, sadəcə ABŞ deyil Rusiya və Türkiyə tərəfindən də bombalanır. Burada isə ABŞ’ın hədəfi yenə də İŞİD qruplaşmasıdır.

6-Livya

Livya , Muammer Kaddafi’nin yıxılması ilə Fransa tərəfindən bombalanmağa başlandı. Kaddafi’dən sonra hüzurun yox olduğu Livyada, İŞİD özünü möhkəmləndirdi. Bunun ardından ABŞ, Livyanı da bombalamağa başladı.

7- Somali

2012-ci ildə Əl-Qaidəy’ə bağlı olduğunu açıqlayan Əş-Şəbab qrupu Somali’də dövlətə qarşı vuruşmaqdadır. Və eyni zamanda artıq bu qrup da bir çox ölkə tərəfindən terror təşkilatı siyahısına əlavə edilib. ABŞ’ın da sözü gedən qrupu bəzən hədəf alaraq bombalaması Somali’ni də bu siyahıya əlavə etməyimizə imkan yaradır.