Siyasət

ABŞ Donanmasının sosial paylaşımı türkiyəliləri əsəbləşdirdi.

148views

ABŞ Donanmasına aid rəsmi Twitter hesabında paylaşılan bir xəbər Türkiyəli istifadəçilərin qəzəbinə səbəb olub.

Donanmanın yaranmasının 241-ci il dönümü münasibəti ilə sosial mediada paylaşılan rəsmdə, 1801-1805-ci illərdə Trablus sahillərində Türk bayrağı ilə döyüşən əgərlərin öldürülmə səhnəsi yer alıb.

https://twitter.com/USNavy/status/786538242426351616

Donanmanın Rəsmi Twitter hesabında “Amerika Donanması əsgərləri möhkəm, cəsur və hazırdır” yazılı paylaşımda, əlində Türkiyə bayrağı ilə döyüşən əsgərlərin göstərilməsi, mənfi reaksiyaın yaranmasına səbəb olub.

ABŞ Donanmasının bilərəkdən içərisində Türkiyə bayrağı olan belə bir paylaşımı nə səbəbdən etdiyi isə bilinmir.

Twitter’dəki sözü gedən paylaşıma reaksiya verən Türkiyəli və xarici vətəndaşlar, bu davranışın Türkiyə-Amerika münasibətlərinin belə bir çətin vaxtındakı vəziyyəti üçün heç də uyğun hərəkət olmadığı ətrafında birləşib.