DünyaGündəm

ABŞ-da böyük qalmaqal: Tramp istefaya göndərilə bilər

Donald Trump
166views

Prezidentin yaxın çevrəsinin Rusiya kəşfiyyatı ilə əlaqələrinə dair görüntülər ortaya çıxıb.

ABŞ-da siyasi vəziyyət getdikcə gərginləşir. Ölkənin ən məşhur telekanallarından olan CNN-in yayımladığı son görüntülər ortalığı bir az da qarışdırıb. Həmin kadrlarda yeni prezident Donald Trampın yaxın çevrəsinin Rusiya kəşfiyyatı və prezident Vladimir Putinlə olan gizli görüntüləri əks olunub.

https://www.youtube.com/watch?v=UEktXs97Zt0

Yerli medianın yazdığına görə, əslində bu, çoxdan ehtimal edilirdi. Sadəcə olaraq, ABŞ kəşfiyyatı indi əlindəki məlumatları yavaş-yavaş mediaya ötürməyə başlayıb. Artıq Konqresdə prezident Trampın Rusiya ilə əlaqələrinin araşdırılması məsələsi qaldırılıb və respublikaçı senatorlar da buna dəstək veriblər. Hətta prosesin impiçmentlə yekunlaşması ehtimalı var. Yəni, Donald Tramp hər an istefaya göndərilə bilər.