Münasibətlər

90’cı illərdə doğulan insanlar daha az cinsi münasibət yaşayırlar – Araşdırma

83views

90’cı illərdə doğulan insanlar daha az cinsi münasibət yaşayırlar.

Belə bir ətrafına baxdığında, 20’li yaşlarındakı insanların seks həyatlarının çox daha rəngli olduğunu və daha çox seks etdikləri düşünülə bilinər. Lakin Archives of Sexual Behavior‘da edilən yeni bir araşdırma, düşüncələrin tam əksini iddia edir.

1972-2014 illəri arasında yaşlılardan əldə edilən anket məlumatlarının araşdırıldığı araşdırmada, iştirakçılara, aralarında 18 yaşından bu yana neçə adamla seks etdiklərinin də olduğu, cinsi davranışlarına dair suallar yönəldilib. Nəticələrin generasiyalara bölünməsinin ardından, 90-cı illərdə doğulanların 60’ların sonlarında doğulanlara nisbətən daha az seks partnyora sahib olduqları ortaya çıxıb. Bundan başqa, 80-ci illərdə doğulanlar ilə müqayisədə, 90’larda heç seks etməmiş olanların nisbəti də  41% daha çox olduğu məlum olub.

Bu işdən necə bir nəticə çıxara bilərik?

Əslində, texnologiya insanların gerçək həyatla bağlarını qoparır demək mümkündür. Yəni, gerçəyi yaşamaq bir az çətinləşir deyə bilərik.

Lakin Twenge və digər tədqiqatçıların məntiqli başqa şərhləri də var. Məsələn, 90’larda doğulan kəslərin partnyorlarla daha uzun müddət yaşadıqlarını və daha gec evləndiklərini ifadə edirlər. Ayrıca, təhlükəsizlik mövzusunda daha çox narahat olduqlarını, buna görə də seks etmək üçün daha uzun müddət gözlədiklərini önə sürürlər.