Hava Proqnozu

9 fevralda gözlənilən hava şəraiti

Hava haqqinda melumat 9 fevral 2017
221views

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatı

Bakıda və Abşeron yarımadasında

Bəzi yerlərdə arabir yağış yağacağı, yarımadanın bəzi ərazilərində sulu qara keçəcəyi gözlənilir. Mülayim şimal  küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 0-3, gündüz 3-6, Bakıda gecə 1-3, gündüz 3-5 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında

Arabir yağış, sulu qar, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı  gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz  2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Fevralın 9-da Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi, meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əlverişlidir.