Hava Proqnozu

9 dekabrda gözlənilən hava şəraiti (Xəbərdarlıq)

690views

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya  Departamentinin məlumatı

Bakıda və Abşeron yarımadasında

Hava şəraitinindəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclü cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 2-5 dərəcə şaxta, gündüz 3-5 dərəcə isti, Bakıda gecə 3-5 dərəcə şaxta, gündüz 3-5 dərəcə isti olacaq.

Atmosfer təzyiqi xeyli aşağı 775 mm civə sütunundan 762 mm civə sütununa enəcək, nisbi rütubət gecə 85-95, gündüz 65-70 faiz təşkil edəcək. Gecə və səhər yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarında

Hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Ayrı-ayrı yerlərdə arabir güclü qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-6 dərəcə şaxta, gündüz 3-7 dərəcə isti, dağlarda gecə 8-13,  gündüz 0-5 dərəcə şaxta olacaq.

Xəbərdarlıq

Dekabrın 09-da Bakıda və Abşeron yarımadasında arabir güclü cənub-qərb küləyinin əsəcəyi gözlənilir. Havanın minimal temperaturu 2-5 dərəcə şaxta təşkil edəcək. Yolların buz bağlama ehtimalı var.

Tibbi-meteoroloji proqnoz

Dekabrın 09-da Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli enməsi fonunda güclü gilavar küləyinin əsməsi meteohəssas insanlar üçün əlverişsizdir. Dekabrın 10-da isə meteoroloji amillərin mülayim tərəddüdü nisbətən əlverişsizdir.