Səyahət

89 yaşında dünyanı gəzən Lena Nənə: ‘Səyahət etməkdən qorxmayın’

200views

Sibirin Krasnoyarsk şəhəri sakini 89 yaşlı Yelena Mixaylovna, yaşadığı ciddi sağlamlıq problemlərinə baxmayaraq bir çox Avropa və bəzi Asiya ölkələrini ziyarət edib.

Jurnalistlər tərəfindən ‘Lena Nənə’ olaraq tanınan Yelena Mixaylovna, ilk xaricə səyahətini 40 yaşında Polşaya etdiyini ifadə edərək, “Daha sonra PraqaAlmaniyaya getdim. Son 5 ildir Karlovy Vary‘ə gedirəm, orada çox yaxşı müalicə üsulları təqdim edirlər. Həmçinin Türkiyəyə də getmişəm” deyib.

Səyahət fikrinin, 6 il əvvəl, yoldaşları tərəfindən gəldiyini bildirən Lena Nənə; “Niyə evdə oturursan, deyə soruşdular. Mən də, ölkədən çıxarmazlar, xarici ölkəyə də buraxmazlar məni, nə də olsa çox yaşlıyam, dedim. Səyahət agentliyinə get, dedilər. Getdim. Pasport düzəltdilər. İlk səfərim Karlovy Vary’ə oldu. İndi ildə iki dəfə xaricə gedirəm. Yoldaşlarım məni qısqanırlar.” deyə informasiya verib.

Yaşlı qadının şöhrəti Rusiya sərhədlərini aşıb; bir neçə ölkənin kanallarının onun haqqında proqram hazırlamasını sükunətlə qarşıladığını ifadə edən Yelena Mixaylovna:

“Söyləmək istəyirəm ki, səyahət etməkdən qorxmayın. Mən qorxmuram ki. Dünyanı görmək gərəkdir və bu çox faydalıdır.” Sağlamlığı və maliyyə vəziyyəti uyğun olsa yeni səyahətlər planlaşdırdığını söyləyən Lena Nənə,” İspaniya ya da İtaliya, bu iki ölkəni də görmək lazımdır” deyə danışıb.