Hava Proqnozu

8 noyabrda gözlənilən hava şəraiti

161views

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya  Departamentinin məlumatı

Bakıda və Abşeron yarımadasında

Hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 9-11, gündüz 13-17, Bakıda gecə    9-11, gündüz 14-16 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 768 mm civə sütunu, nisbi rütubət  gecə 75-85, gündüz 60-70 faiz təşkil edəcək.

 Azərbaycanın rayonlarında

Hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq.  Cənub küləyi əsəcək ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10, gündüz 14-19, dağlarda gecə 0-5, gündüz 9-14 dərəcə isti olacaq.