Oxu zalı

8 Mart şeirləri və təbrikləri

152.7Kviews

Beynəlxalq Qadınlar Günü.

Hər il 8 mart tarixində qeyd olunan Beynəlxalq İşçi Qadınlar Günü olaraq da tanınan qadınların iqtisadi, ictimai və siyasi mübarizəsini, habelə ümumi olaraq qadınlara qarşı nəzakət, sevgi və məhəbbəti tərənnümünü ənənəvi hala gətirmiş bayramdır.

Bax: 8 Mart – Beynəlxalq Qadınlar Günü haqqında

Qadınlar günündə sevdiyimiz bütün xanımları təbrik etmək ən təbii hadisədir. Bu münasibət ilə aşağıdakı məlumatlardan da istifadə etməyiniz üçün bir çox informasiyaları bir yerə topladıq.

1) Bəzi şeylər sevilir çünki onlar dəyərlidir, bəzi şeylər dəyərlidir çünki onlar sevilir. Qadınlar hər ikisinə layiqdir. 8 Mart bayramın mübarək!
2) Dünyanın ən gözəl qadınını 8 Mart beynəlxalq qadınlar günü münasibəti ile təbrik edirəm! Həyatın hər zaman sevgi ile dolu olsun!
3) 8 Mart qadınlar günü münasibəti ilə sizi təbrik edirəm. Arzu edirəm su qədər təmiz, həyat qədər canlı, çiçək qədər təravətli və gözəl qalasınız.
4) Bu gün dünyanın qadınlar qarşısında baş əydiyi gündür. Hamının varlığı sizə borcludur. 8 Mart bayramınız mübarək.
5) Fədakarlıq, Sevgi, Səbr və gözəllik nədir deyə soruşarlarsa, Anamdır deyərəm. Qadınlar günün mübarək.
6) Bir günümdə deyil, hər günümdəsən. Hər gün hər saniyə mənimləsən. Hər zaman mənə dəstək oldun. Sən mənim üçün çox önəmlisən. Qadınlar günün mübarək.
7) Sevgilim, inanıram ki, bir gün mənə göstərdiyin sevgi və səbri sənə göstərmək şansım olar… Qadınlar günün mübarək.
8) Sevgilim, səni sevirəm. Bəlkə sevgimi hər zaman göstərə bilmirəm, amma sən bunu daim bilirsən. Qadınlar günün mübarək.
9) Dilimdəki ən gözəl kəlimə sənin adınmış. Sənə hər səslənişimdə ya həsrətim dinmir, ya da sevgim coşur. Qadınlar günün mübarək.
10) Əgər mənə gözlərinlə deyil, qəlbinlə baxmış olsaydın, səni nə qədər çox sevdiyimi başa düşərdin. Qadınlar günün mübarək.
11) Anam, bir günümdə deyil, hər günümdəsən. Anam olman dünyadakı ən böyük hədiyyədir. Nə yaxşı ki, sən varsan. Səni çox sevirəm. Qadınlar günün mübarək.
12) Sən həyatımın ulduzu oldun. Hara getsəm sənin işığın altında sevginlə oldum. Düz yolu tapdım. Səni sevirəm. Qadınlar günün mübarək.

Şeirlər:

[vc_row][vc_column width=”1/2″]Müəllif: Cəfər Cabbarlı

Ana

Adın müqəddəsdir adına qurban
Bəzəmək nə lazım naxışla ana.
Əvəzin yox imiş gec anlamışam,
Haqqını halal et bağışla ana.

Əgər bütün bəşəriyyət ədüvvi-canım ola,
Ürək süqut etməz aldığı mətanətdən.
Ricavü-xəfvə məkan vermərəm gər alimlər
Min ildə vəz edələr dəhşəti-qiyamətdən.

Pələnglər tuta dövrüm, çəkinmərəm əsla,
Və ya ki, vəd edələr dövləti-cahanı mənə.
Ki bir kəsə baş əyibiczimi bəyan eyləyim
Əyilmərəm nə ki yer, versələr səmanı mənə.

Yanımda gər dura cəllad, əlində şəmşiri,
Ölüm gücüylə mənə hökm edə olum təslim.
Əyilmərəm yenə haşa! Ölüm nədir ki, onun
Gücüylə xalqa həqiranə eyləyim təzim.

Cahanda yox elə bir qüvvə baş əyim ona mən,
Fəqət nə güclü, zəif bir vücud var yahu!
Ki hazıram yıxılıb xaki-payinə hər gün
Öpüm ayağını icz ilə. Kimdir o? Nədir o?

Ana, ana… O adın qarşısında bir qultək
Həmişə səcdədə olmaq mənə fəxarətdir.
Onun əliylə bəla bəhrinə yuvarlansam
Yenə xəyal edərəm bəzmi istirahətdir.

Əs, ey külək, bağır, ey bəhri-biaman, ləpələn!
Atıl cahana sən, ey ildırım, alış, parla!
Gurulda, taqi-səmavi, gurulda, çatla, dağıl!
Sən, ey Günəş, yağışın yağdır, ey bulud, ağla!

Bütün bunlar mənə əsər eyləyərmi? Mütləqa yox. Yox.
Fəqət ana… O adın qabağında,
O pak bağrına bassın məni desin layla
Təbəssüm oynadaraq, titrəyən dodağında…

Bütün vücudum əsər, ruhum eyləyər pərvaz,
Ucar səmalara o aləmi-xəyalətdə.
Yatar, ölər bədənim, nitqdən düşər bir söz:
Ana, Ana… Sənə mən rahibəm itaətdə!

[/vc_column][vc_column width=”1/2″]Müəllif: Əli və Xəyalə

Səni sevirəm ANACAN

Ən mehriban anasan,
Günəş kimi yanırsan.
Qoynunda boy atırıq,
Hər arzuya çatırıq.

Bir gün yaşa dolarıq,
Yaradarıq,qurarıq.
Daha gözəl olarsan,
Bizdən razı qalarsan.

Vətən sənin torpağın
Qüdrətinə qurban olum.
Anamın,atamın
Qeyrətinə qurban olum.

Yaz arzulu,yaz diləkli,
Duz-çörəkli,duz-çörəkli.
Mən deyərəm dağ ürəkli
Millətinə qurban olum.

Bu gün sənin bayramındir,
Sevimli günündür,
Bu təkcə sənin deyil,
Mənimdə şad günümdür.

Hərə bir cür hədiyyə,
Ətirli gül-çiçəklər,
Qızılgül.qərənfillər,
Sənə bəxş edəcəklər.

Olmasada bir hədiyyəm,
Deyilsən inciyəsi.
Sənə bir hədiyyəm var
İncə söz hədiyyəsi:
Yəni BAYRAMİN
MÜBARƏK OLSUN.

[/vc_column][/vc_row]

[vc_row][vc_column width=”1/2″]Müəllif: naməlum

Əziz anama şeir

Gecələr yatmayıb yuxusuz qalan
Bizi əzizləyərək sevən anadır.
Bizi yedizdirib özü ac qalan,
Bizi yetişdirib böyüdən anadır.

Ana əyilməzdir, ana müqəddəs
Qoy bütün dünyaya yayıısın bu səs
Bir insan havasız yaşaya bilməz
Bizə havadan da vacib anadır.

Ey dünya, səsimə səs ver mənim
Anadır həyatda mənim həmdəmim
Anadır sevincim, anadır qəmim
Mənim həyatım da, elə anadır.

Anadır dünyada ən böyük sərvətim
Saxlamaq lazımdır onun hörməətin
İstəyir övladının görsün mürvətin.
Mənim ən böyük arzum ancaq anadır.

Doğulub dünyaya gəldim elə ki,
Çıxdı rahatlığın əlindən ana.
Gecələr yatmayıb laylamı dedin,
Of sözü duymadım dilindən ana.

Doqquz ay bətnində bəslədin məni,
Mən sənə nə etdim bilmirəm ana.
İndi göz yaşlarım süzür yanağa,
Yanaqda quruyur silmirəm ana.

Uşaqkən qədrini bilmirdim sənin,
Öpməzdim ağarmış telindən ana.
İndi can üstəsən nə mənası var,
Yüz kərə öpsəm də əlindən ana.

Qəlbinə toxundum yenə can dedin,
Bir ömür xətrimə dəymədin ana.
Halal zəhmətinlə böyütdün məni,
Heç kimə sən boyun əymədin ana.

Yaxşı əməlinlə abidə qurdun,
Hər kəsin qəlbində ucaldın ana.
O qədər dərdimi, cəfamı çəkdin,
Gözümün önündə qocaldın ana.

Ömrünü caladın mənim ömrümə,
Özünü mən qədər sevmədin ana.
Özün öz canından pay verdin mənə,
Ruhumda sən varsan ölmədin ana.

[/vc_column][vc_column width=”1/2″]Müəllif: naməlum

Anadır, ana!

Qadınsız bir həyat bilirsən nədir?
Tikanlı kol üstə saralmış çiçək.
Məhəbbətlə döyünməyən bir ürək.
Səhrada tuğyan edən isti külək…

Qadındır isidər mənzilimizi,
Oxşar günümüzü, ay-ilimizi.
Qadındır bizlərə həm arxa-dayaq,
Günahlar onunla bağışlanacaq!

Qadınlar dünyada sülh tərəfdarı,
Bəşər övladının tac damarları.
Xoş arzu-diləkli anadır qadın,
Sevimli, istəkli anadır qadın!

Anaların bayramıdır bu günlər,
Onundur ətirli çiçəklər, güllər.
Sevgi dolu dünya bəxş edək ona,
Çünki o, anadır, anadır, ana![/vc_column][/vc_row]

Şəkillər: