Hava Proqnozu

8 fevralda gözlənilən hava şəraiti | Xəbərdarlıq

Hava haqqinda melumat 8 fevral 2017
182views

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatı

Bakıda və Abşeron yarımadasında

Gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı, gecəyə doğru sulu qara keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək,  arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 1-3, gündüz 5-8, Bakıda gecə 1-3, gündüz 5-7 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək,  nisbi rütubət gecə 85-95, gündüz 65-75 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında

Səhər şimal rayonlarında, gündüz isə əksər rayonlarda arabir yağış, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz  2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

Xəbərdarlıq

Fevralın 08-i gündüz şimal rayonlarından başlayaraq fevralın 11-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, sulu qar, qar yağacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-8 dərəcə aşağı enəcək. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə  arabir güclənəcək. Əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.