Astrologiya

Ulduz Falı : 10 oktyabr-16 oktyabr (həftəlik)

1.52Kviews

Türkiyənin ən çox oxunulan Astroloq’u, Hakan Kuyucu‘nun həftəlik bürclər yazısını təqdim edirik.

Qoç Bürcü (21 Mart – 20 Aprel)aries

Bu həftə maliyə məsələlərində diqqətli olmağa çalışın. Müəyyən məqamlarda cəsarətlənəcəksiniz ancaq çalışın borc işlərində səbrli olun. Həmçinin karyera planlarınızda da diqqətli addımlar atın. Sevgi məslələrində bəzi gərginliklər ola bilər, yorula bilərsiniz bəzi məqamlarda. Sağlamlığınız ilə bağlı isə vitamin qəbul etməyə və düzgün qidalanmağa çalışın. İstirahətə vaxt ayırın.

Buğa Bürcü (21 aprel – 21 may)e0773e3286b738973198c5d5e5194f95

Bu həftə maddi vəziyyətiniz və karyeranız ilə bağlı irəliləyişlər etmək qərarına gələcəksiniz. Hədəflərinizə çatmaq üçün başqalarının da köməkliyindən istifadə etmək istəyəcəksiniz, ancaq buna ehtiyac yoxdur. Öz gücünüzə inanmağınız kifayətdir. Sevgi məsələlərində sürprizlərə hazır olun. Əgər subaysınızsa bu həftə şansınız bol olacaq. İş baxımından ağır həftə sizi gözləyir, bu səbəbdən fiziki gücünüzü qorumaq üçün bacardığınız qədər istirahətə vaxt ayırın.

Əkizlər Bürcü (22 may – 22 iyun)

1461582730-919748705

Qarşıdakı yeni həftədə özgüvəniniz yüksək həddə olacaq. Sevgi və ailə münasibətləri məhs elə bu səbəbdən bu həftə rəngli keçəcək. Mənəvi cəhətdən rahat bir həftə keçirəcəksiniz. Fiziki gücünüzü artırmaq istəyi yaxşı nəticələr verəcək. Belə bir uğurlu həftədə isə tək bir məsələdə diqqət etməlisiniz. Bəzi yatırımlar barədə imkanlar yarana bilər, dərhal hərəkətə keçmədən öncə yaxın, güvəndiyiniz bir insan ilə məsləhətləşməyiniz yaxşı olar.

Xərçəng Bürcü (23 iyun – 22 iyul)unnamed

Günlük yaşam tərzinizdə və iş həyatınızda önə doğru irəliləmək istəyəcəksiniz. Əgər düzgün addımlar atarsanız və özünüzə inanaraq cəsarətli olarsanız azrularınıza catmağa mane olacaq heç bir şey görsənmir. Bu vaxtlarda ikili şəxsi münasibətlərdə qarşı tərəfin azad addımlar atma istəkləri ola bilər. Buna ədalətli yanaşaraq və qarşı tərəfə yardım etməyiniz daha düzgün olar. Bir-birinizi səbrlə dinləmək yaxşı nəticələr verəcək, bunu yoxlayın. Subay əkizlər isə yeni bir insan ilə tanış ola bilərlər. Bu insan olduqca nikbin və hərəkətli bir insan olacaq. İlk vaxtlar sizi narahat edə bilər ancaq davamında inanılmaz bir sevgiyə şahid ola bilərsiniz. Bu həftə enejiniz və sağlamlığınız yerində olacaq.

Şir Bürcü (23 iyul – 22 avqust)a_df6318bb

Həftə boyu bütün fikriniz ev və ailə içərisində olacaq. Ev dəyişdirmə, səyahət və ya ailədən bir insanın sağlığı ilə bağlı bəzi fərqliliklər ola bilər. Ailə daxilində baş verəcək hadisələrdə diqqətli olun, sizin köməklik üçün müdaxiləniz çox önəmlidir. Qəfil qərarlardan uzağ olun, daha yumşaq olmağa çalışın. Subay insanlar üçün evlilik cəhdləri olacaq.  İş barəsində də bəzi böyük addımların atılacağı bir həftəyə şahid olacaqsınız. Bu qərarlardan əvvəl diqqetli şəkildə düşünün. Həftənin bəzi günlərində gərginlik gözlənilir, istirahətə vaxt ayırmağı unutmayın.

Qız Bürcü (23 avqust – 22 sentyabr)virgo-horoscope-2015

Sosial həyatınızda rəngli həftə sizi gözləyir. Ürəyiniz istədiyi kimi əylənə bilər, gəzə bilər və yeni insalar ilə tanış ola bilərsiniz. Bu həftə duyğularınızda bəzi dəyişikliklər gözlənilir. Sevgiyə və həyata baxışınız yeni bir mərhələyə addımlayacaq. Bu yaxşıya doğru dəyişim olacaq, rahat addımlaya bilərsiniz. Ancaq bədəninizi çox yormamağa çalışın. Bu həftə sağlamlığınız ilə bağlı bəzi ciddi qərarlar ala bilərsiniz. Çalışın bu qərardan əvvəl sevdiyiniz insan ilə də bu barədə danışasınız. Ondan alacağınız dəstək sizə güc verəcək.

Tərəzi Bürcü (23 sentyabr – 22 oktyabr)bd3cdbc360d1115d5831dc0e7e1a7fa2

Şəxsi hədəflərinizdə, yeni bir işə başlamaq, işinizdə yüksəlmək və təhsildə uğurlu olmaq istəkləriniz olacaq. Daha çox zəhmət çəkərək maddi durumunuzu artırmaq istəyəcəksiniz. Bu yolun xəritəsinizi qurarkən olduqca səbrli omağınız və hər şeyin zamanla qzanılacağına inanmağınız daha düzgün olar. Bu həftə şəxsi həyatınız ilə bağlı məsələlərdə daha rahat olacaqsınız. Yeni tanış olan sevgililər bir-birinə qarşı dürüst olmalıdırlar. Xoşbəxtlik axtarırınızsa yalanlardan uzaq olun.

Əqrəb Bürcü (23 oktyabr – 21 noyabr)unnamed-1

Bu həftə ulduzunuz parıldayacaq. Ticarət və təhsil mövzularında uğur sizinlədir. Hədəfinizə ciddi yanaşsanız rahatlıqla istədiyinizi əldə edə biləcəksiniz. Əlbətdə planlı şəkildə davranmağı, səbrli olmağı və işi lazmlı insanlar ilə birlikdə həyata keçirməyi bacara bilsəniz. Bu həftə enerjiniz yüksək və sağlamlığınız da yerində olacaq. Əgər sevgiliniz varsa birlikdə tətilə çıxmağınız tövsiyə olunur.

Oxatan Bürcü (22 noyabr – 21 dekabr)images

Bu həftə iş həyatınzıda olduqca ağır bir həftə sizi gözləyir. İşlərinizə daha çox vaxt ayırmağınız və risklərdən uzaq durmağınız məsləhət olunur. Sevgi həyatınızda isə əsl yaz havasıdır. Əgər sevgilinz varsa, necə düzgün bir münasibətinizin olduğunun şahidi olacaqsınız. Tənha olanlar üçün isə yeni bir insan ilə tanışlıq əla olar. Sağlamlığınız da bu həftə qaydasındadır.

Oğlaq Bürcü (22 dekabr – 21 yanvar)capricorn-1000x1000-65

Mənəvi hisslərdə həssas bir dövrə addımlayırsınız. Ən sadə vaxtlarda belə sizi əsəbləşdirən xırda hadisələrə qarşı mübarizə aparmağa çalışacaqsınız. Əsəblərinizi sakitləşdirməyiniz yaxşı olardı. Həftə sonlarına yaxın karyeranız ilə bağlı xoş xəbərlər ala bilərsiniz. Əziyyətiniz artıq bar verməyə başlayacaq. Ancaq çalışın işlərdə özünüzü çox yormayasınız. Fiziki olaraq özünüzü çox yora bilərsiniz. Düzgün qidalanaraq enerjinizi artırmağa çalışın.

Dolça Bürcü (22 yanvar – 19 fevral)

aquarius-horoscope-2015

Bu həftə göy üzü sizinlədir, işlərinizdə ciddi olmağınızda və əmin addımlar ilə irəliləmənizdə onlar sizə kömək olacaq. Bu həm iş həm də sevgiyə aiddir. Evlənmək üçün ən düzgün vaxtdasınız. Maddi qazanc mövzusunda istəkli və cəsur olacaqsınız. Sahib olduğunuz dəyərləri düzgün yönləndirərərk, bacarıqlarınızı daha obyektiv şəkildə idarə edərək gücünüzü biraz da artıracaqsınız. Fiziki olaraq bu həftə güclüsünüz.

Balıqlar Bürcü (20 fevral – 20 mart)

pisces-horoscope-avgust-2016

Sosial həyatınız hərəkətli keçəcək. Bu vəziyyət sizə yüksək enerji verəcək və azad davranış fürsətləri yaradacaq. Bu özünüzü yaxşı hiss etməkdə, insanlar ilə xoş vaxt keçirtməkdə və biliyinizdən istifadə edərək hədəflərinizə çatmaqda sizə kömək edəcək. Sağlamlığınız ilə bağlı bəzi problemlər yaşaya bilərsiniz, mütləq həkimə müraciət edin.