Maraqlı

-71 dərəcə soyuqda yaşayan kənd sakinləri – Fotoqalereya

325views

Bakı’da yağış yağarkən belə şikayətlənərik, bəs -71 dərəcə soyuq olsa nələr olar?

Yeni Zellandiyalı fotoqraf Amos Chapple dünyanın ən soyuq məskunlaşma yerini göstərməyə qərar verib və Rusiya torpaqlarına üz tutub. Getdiyi məkan, Şimal Qütb Dairəsinin 350 kilometr cənubundakı Oymyakon kəndində 1926-ci ildə ölçülən -71.2 dərəcə ilə, Şimali Yarımkürədə ölçülən ən aşağı istilik olma xüsusiyyətini daşıyır.

Bitki mənşəli istehlak məhsullarının yetişmədiyi kəntdə, marketlərin dəzgahları balıq və ət məhsulları ilə doludur.

4450
Günəş şüalarının dondurucu sis təbəqəsini yarmaqda belə çətinlik çəkdiyi kənddə bu gün təxminən 500 adam iqamət edir.

11111313863302
Evlərin içinə soyuq səbəbiylə su xətləri döşəmək qeyri-mümkün olduğu üçün bölgədə tualetlər ev xaricində inşa edilir.

4452

Bölgədə avtomobillər yalnız qarajlarda çalışdırıla bilinir. Qaraj xaricinə çıxan vasitələr, dayanmadan yollarına davam etmək məcburiyyətindədilər. Çünki maşını dayandırsa, bəlkə soyuq səbəbiylə təkrar işlədə bilməyəcəklər.

4453

Rusiyanın Şimal Qütbünə ən yaxın kəndi Oymyakon, adını mövqeyinə nisbətən isti sularından alır. Rusca “Donmayan Su” mənasını verən bölgəyə 1930-cu illərə qədər maral sürülərinin su ehtiyaclarını qarşılamaq üçün endiyi bilinir.

11111314300307

Ancaq Sovet hökuməti, ölkənin şimal-şərqində dəniz səviyyəsindən 750 metr yüksəklikdə olan, günlərin uzunluğunun qışda üç saat ilə yazın 21 saat arasında dəyişdiyi bu bölgədə bir insan yerləşiminin olmasına qərar vermişdi. O illərdə köçkünlərin yerləşdirildiyi kənddə bu gün təxminən 500 adam iqamət edir. Kənddə az müxtəliflikdə məhsul satan tək bir baqqal var və hər kəs buradan alver edir. Ancaq yenə də balanssız bəslənməyə bağlı sağlamlıq problemləri yaşamırlar.

11111314206305

Bu kənddə uşaq da soyuğa adət edir. Məktəblər hava istiliyi -52 dərəcənin altına endiyində bağlanır.

11111314175304
Oymyakon sakinlərinin ən sevdiyi fəaliyyət isə buz tutmuş göldə balıq ovlamaqdır.

11111314300306

11111313863303

11111316063308