Xəbərlər

7 sentyabrda gözlənilən hava şəraiti

205views

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya  Departamentinin məlumatına görə:

 

Bakıda və Abşeron yarımadasında

Sentyabrın 07-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az  yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında  mülayimləşəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 19-23, gündüz 25-28, Bakıda gecə 20-22, gündüz 26-28 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 50-60 faiz təşkil edəcək.

 

Azərbaycanın rayonlarında

Sentyabrın 07-də şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə  intensiv  olacağı, dağlıq ərazilərdə dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 24-29, dağlarda gecə 9-14, gündüz 15-20 dərəcə isti olacaq.

 

Tibbi-meteoroloji-proqnoz

Sentyabrın 07-də Abşeron yarımadasında xəzri küləyinin əsməsi və iqlim normasına yaxın temperatur şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir. 08-də zəif küləklərin üstünlüyü fonunda havada rütubətliyin bir qədər çox olması bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.