İnternetMaraqlı

60 yaşında kompüterlə tanış olub, 81 yaşında ilk mobil tətbiqini yaradan Masako Wakamiya

Masako Wakamiya
336views

81 yaşlı Yapon qadın, iPhone tətbiqi yaratdı.

Günümüzdə yaşlı insanlar adətən, texnikadan uzaq olurlar və texnologiya o qədər də maraqlarını çəkməz. Ancaq görünüşə görə bu vəziyyət hər qoca üçün keçərli deyil. Mashable-ın xəbərinə görə, Masako Wakamiya adlı 81 yaşlı Yapon qadın, bir iPhone tətbiqi yaratmışdır.

Wakamiyanın tətbiqi isə Yaponiyada keçirilən Hinamatsuri adlı bir festival ərəfəsində tanıdıldı. 43 il ərzində bankir kimi xidmət göstərən Wakamiya, kompüter istifadə etməyi isə 60 yaşında öyrənmişdi. Sonra isə 81 yaşında bir iPhone tətbiqi hazırlamağı bacarmışdır.

Wakamiyanın “Hinadan” adlı tətbiqində oyunçuların, 12 körpəni, 4 layda düzgün yerləşdirmələri lazımdır. Oyunu buradan endirərək yükləyə bilərsiniz.

Digər tərəfdən, Wakamiya hələ də bloqunda Excel dərslərindən danışır, səyahətlərinin vloglarını çəkir və yaşlılar üçün aktiv həyat təmin etmək üçün yaradılan Mellow Club adında bir klubu da idarə edir.

Məhz Wakamiyanın Tokiodakı TEDx çıxışı;