Hava Proqnozu

6 noyabrda gözlənilən hava şəraiti

761views

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatı

Bakıda və Abşeron yarımadasında

Hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9, gündüz 12-14, Bakıda gecə 7-9, gündüz 12-14 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında

Hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və şərq rayonlarında yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3-8, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan  2 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti olacaq.