Gündəm

52 İllik müharibəni sona çatdıran tarixi razılaşma imzalandı

259views

FARK ilə Kolumbiya hökuməti arasında 52 illik döyüşü sona çatdıran “tarixi” sülh razılaşması Kubada imzalanıb.

Müqavilə əsasında FARK silahlı mübarizəsinə son verib siyasi addımlara qatılacaq. Barış razılaşması 2 oktyabrda referenduma təqdim ediləcək. Hökumət ilə FARK arasındakı sülh müzakirələri, noyabr 2012-ci ildən bu yana təxminən 4 ildir Kubanın paytaxtı Havanada davam edirdi.

Hökumət ilə FARK arasındakı sülh müzakirələri, noyabr ayı 2012-ci ildən bu yana təxminən 4 ildir Kubanın paytaxtı Havanada davam edirdi. Razılaşmaya Kolumbiya hökumətinin baş müzakirəcisi Humberto de la Calle və FARK’ın baş müzakirəcisi Ivan Marquez imza atıblar.

Kolumbiya hökuməti, iyun ayında etdiyi şərhdə FARK ilə aralarında qalıcı atəşkəs təmin edildiyini və yekun razılaşmanın qısa müddətdə imzalanacağını bildirmişdi.
Ortaq şərhdə “Yekun, tam və qeyd-şərtsiz sülh üzərində razılaşdıq” deyib.
Ortaq şərhdə, “Kolumbiya hökuməti və FARK, son, tam və qəti bir razılaşma əldə etmişik” ifadəsini istifadə edib. Humberto de la Calle daha sonra etdiyi şərhdə isə “hədəfimizə çatdıq.” deyib.

Bu tarixi imzadan sonra sentyabr ayının sonu və ya oktyabr ayı əvvəlindı tərəflərin yenidən son bir görüş keçirəcəyi ifadə edilib.

8adyk34u828k6jyljzgf[1]

Xalq səsverməsinə gediləcək.
Kolumbiya prezidenti Xuan Manuel Santos, sülh razılaşmasının 2 oktyabrda referenduma təqdim ediləcəyini açıqlayıb. Santos xalqa çağırış çıxışında “Bu, tariximizdəki ən əhəmiyyətli səsvermə olacaq” deyib.

 

“Kolumbiya qazandı, ölüm itirdi”
Müqavilə əsasında FARK silahlı mübarizəsinə son verib siyasi addımlara qatılacaq.

FARK müzakirəcilərindən Rodrigo Granda, razılaşmanın ardından Twitterdə yazdığı paylaşımda “Müzakirələr yolu ilə sülhə əldə edildiyində qazanan ya da itirən olmaz. Kolumbiya qazandı, ölüm itirdi” yazıb.

920x920[1]

FARK üzvlərinə sülh prosesi ilə əlaqədar məlumat verilib.
Kolumbiya hökuməti ilə FARK arasındakı sülh prosesinə nəzarət Birləşmiş Millətlər Təşkilatının bölgədə vəzifəyə başlaması ilə gözlənilir.

20258bd4-6fb1-4423-9174-0c1496b287ac_large[1]

Latın Amerikanın ən uzun sürən qarşıdurması
FARK, Kolumbiya hökuməti döyüşünə 1964-cü ildə başlamışdı. ABŞ və Avropa Birliyi tərəfindən terror təşkilatı olaraq qəbul edilən və bir ara 17 minə qədər silahdaş sayına çatan FARK’ın, ən son 7 min silahdaşı var idi.

Latın Amerikanın ən uzun sürən silahlı qarşıdurmasında, 220 mindən çox adamın həyatını itirdiyi təxmin edilir.

Bu hadisələr nəticəsində təxminən 5 milyon adam də evlərini tərk etmək məcburiyyətində qalmışdı.