Hava Proqnozu

5 Sentyabr’da gözlənilən hava şəraiti

105views

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.

Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.  Havanın temperaturunun gecə  18-22° isti, gündüz  25-29° isti, Bakıda gecə 19-21° isti, gündüz  26-28° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi norma daxilində 761  mm  civə sütunu, nisbi rütubət gecə 65-75 %, gündüz 50-60 % təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, sentyabrın 5-də gecə və axşam əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 17-22° isti, gündüz  25-30° isti, dağlarda gecə 9-14° isti, gündüz  16-21° isti olacağı gözlənilir.