Hava Proqnozu

5 martda gözlənilən hava şəraiti

Hava haqqinda 17 mart 2017
130views

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatı

Bakıda və Abşeron yarımadasında

Hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər yarımadanın bəzi yerlərində çiskinli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 4-6, gündüz 7-11, Bakıda gecə 4-6, gündüz 8-10 dərəcə isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  762  mm civə sütunundan 773 mm civə sütununa yüksələcək,  nisbi rütubət  70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında

Bəzi yerlərdə arabir yağış yağacağı, duman olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir, ayrı-ayrı yerlərdə intensiv  olacağı ehtimalı var. Qərb küləyi  əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 1-5, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti,  gündüz 3-6 dərəcə isti olacağı gözlənilir.