Rio 2016

4cü medalımız İnna Osipenko-Rodomskadan gəldi

989views

Xəbər verdiyimiz kimi avarçəkmə üzrə qadınların 200m məsafəyə tək kayak yarışlarında təmsilçimiz İnna Osipenko-Rodomska finala vəsiqə qazanmışdır. Bir qədər əvvəl başa çatan A finalı yarışında İnna ölkəmizə növbəti medalı qazandırıb.Təmsilçimiz yalnız yeni zellandiyalı, London olimpiadasının qalibi Lisa Carrington və polşalı Marta Walczykiewichdən geri qalaraq bürünc medalın sahibi olub. Bu münasibətlə ölkəmizi və idmançımızı təbrik edirik.

Bu gün daha 2 idmançımız çıxış edəcək. 17:00-dan etibarən güləş yarışlarında əsas medal ümidlərimizdən olan 66 kqda çıxış edəcək Rəsul Çunayev mübarizəyə qoşulacaq.Onun ilk rəqibi kubalı Miguel Martinez olacaq. Gecə saatlarında isə 64 kq çıxış edən bokçumuz Lorenzo Sotomayor 1/4 finalda kubalı Yasnier Toledo ilə qarşılaşacaq.

Elnur Cəfərov
idman xəbərləri yazarı