Maraqlı

33 tonluq meteoritlə evlənmək təklifi

Meteoritlə evlilik təklifi
279views

Liu Fei adlı adam, sevgilisinə evlənmək təklif etmək üçün tək daş üzük əvəzinə 33 tonluq nəhəng meteorit satın aldı!

Çində Liu adlı gənc, 4 illik sevgilisinə tək daş alyans yerinə 33 tonluq meteorit hədiyyə edərək evlilik təklif edib.

Liu, 1 il əvvəl sevgilisi ilə çıxdıqları bir tətil əsnasında meteoriti görüblər. Sevgilisinin bu meteoriti çox bəyəndiyini görən gənc oğlan, bu meteoritin sahibi ilə təmasa keçib və 1 milyon yuan (144,645$) ödəyərək həmin meteoriti satın alıb.

Satın aldığı meteoritini Urumçidəki bir meydana gətirən “romantik gənc” burada evlənmə təklifi edib və çaşqına dönən gənc qadın, evlilik təklifini qəbul edib.