Hava Proqnozu

31 yanvarda gözlənilən hava şəraiti | Xəbərdarlıq

Hava haqqinda melumat 31 yanvar
225views

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatı

Bakıda və Abşeron yarımadasında

Hava şəraitinin bəzən yağıntılı olacağı, qar yağacağı gözlənilir. Mülayim şimal-qərb  küləyi əsəcək, arabir güclənəcək. Gecə və səhər yolların buz bağlama ehtimalı var.

Havanın temperaturu Abşeron yarımadasında gecə 0-3 dərəcə şaxta, gündüz 1-3 dərəcə isti, Bakıda gecə 1-3 dərəcə şaxta, gündüz 1-3 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında

Hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı  gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6 dərəcə şaxta, gündüz 1-5 dərəcə isti, dağlarda gecə 15-20, gündüz 5-10  dərəcə şaxta olacaq. Yollar buz bağlayacaq.

Tibbi-meteoroloji proqnoz

Yanvarın 31-i, fevralın 01-də Abşeron yarımadasında xəzri küləyi və yağıntılı hava şəraiti fonunda soyuq temperatur diskomfortu meteohəssas insanlar üçün çox əlverişsizdir.