CihazlarDizaynDünya

3 uşağın ölümünə səbəb olan İKEA’ya 50 milyon dollar cəza

İKEA'ya 50 milyon dollar cəza
250views

Dünyanın tanınmış mebel və ev aksesuarları mağazalarından İKEA, üç uşağın ölümünə səbəb olan dolablarla əlaqədar ona qarşı açılan iddiada təzminat ödəməyi qəbul edib.

Yaşları bir ilə iki arasında dəyişən üç uşağın ailəsinə İKEA tərəfindən ödəniləcək məbləği dəyəri 50 milyon dollardır. Bu məbləğ üç ailə arasında bərabər şəkildə bölünəcək. Bundan əlavə İKEA, uşaq xəstəxanalarına da 50 min dollar dəyərində hədiyyə verəcək.

Qeyd edək ki İKEA, son iki ildə baş verən hadisələrin ardından təxminən altı ay əvvəl Malm adı verilən dolabların geri qaytarılması qərarını qəbul etmişdi. Qaytarılacaq 29 milyon ədəd dolablar üçün geri ödəmə ediləcəyi bildirilmişdi.

yaaz.az
İKEA, 3 uşağın ölümünə səbəb olduğu üçün 50 milyon dollar təzminat ödəyəcək

Son iki ildə 3 uşaq həyatını itirib.

ABŞ-da son iki ildə Malm adlı dolabların asanca aşması səbəbindən üç uşaq mebellərin altında qalaraq həyatını itirib. İki il əvvəl həyatını itirən iki yaşlı Curren Collas’ın anası, ” ‘Dolablar divara birləşdirilməlidir’ deyirlər ancaq mən bunu daha əvvəl eşitməmişdim. Bu məhsullar belə asanlıqla aşmalı deyildi” deyə söyləyib.

22 aylıqkən həyatını itirən Janet Mcgee’nin anası Janet isə, “Bizim dözmək məcburiyyətində olduğumuz bu ağrının başqa ailələrin də başına gəlməsini istəmirik” deyə bildirib.

yaaz.az
Standartlara görə dolabın bütün bölmələri açıqldıqda aşmamalıdır

Testləri keçə bilməyib.

Dolablar həyata keçirilən təhlükəsizlik testindən keçə bilməyib. Standartlara görə dolablar 25 kq ağırlığa dayanaraq rahat açılmalıdır. Ancaq Malm dolabları bundan azına belə tutuna bilməyib.

Sözü gedən dolablar dünyada son 13 ildə 65 milyon ədəd satılıb. ABŞ-da satışı dayandırılan məhsul təəssüf ki, hələ də bəzi ölkələrdə satılmaqdadır.