Hava Proqnozu

29 martda gözlənilən hava şəraiti | Xəbərdarlıq

29 mart hava proqnozu 2017
108views

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatı

Bakıda və Abşeron yarımadasında

Hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənən şimal  küləyi  ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 4-7, gündüz 12-17, Bakıda gecə 5-7, gündüz 14-16 dərəcə isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  760  mm civə sütunundan 767 mm civə sütununa yüksələcək,  nisbi rütubət  gecə 75-85, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında

Hava şəraitinin bəzi yerlərdə əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi cənub rayonlarında yağış yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi  əsəcək, ayrı-ayrı yerlərdə  arabir  güclənəcək.

Havanın temperaturunun gecə 2-7, gündüz 17-22, dağlarda gecə 0-5, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz

Martın 29-30-da Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü fonunda arabir güclənən gilavar və xəzri küləklərinin tez-tez bir-birini əvəz etməsi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Xəbərdarlıq

Martın 29-30-da bəzi rayonlarda arabir güclənən qərb küləyinin əsəcəyi gözlənilir.