Hava Proqnozu

28 dekabrda gözlənilən hava şəraiti

Hava Haqqında Məlumat
231views

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatı

Bakıda və Abşeron yarımadasında

Gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı, gündüz havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz  keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək, günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 1-4, gündüz 6-8, Bakıda gecə 1-3, gündüz 6-8 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 80-85, gündüz 60-70 faiz  təşkil edəcək.

Azərbaycanın rayonlarında

Hava şəraitinin əsasən yağmursuz keçəcəyi, Lənkəran-Astara zonasında çiskinli yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Dekabrın 28-30-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.