Hava Proqnozu

27 fevralda gözlənilən hava şəraiti

Hava haqqinda 27 fevral 2017
206views

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatı

Bakıda və Abşeron yarımadasında

Hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 2-5° isti, gündüz 7-9° isti, Bakıda gecə 2-4° isti, gündüz 7-9° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 772 mm civə sütunundan 767 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75%, gündüz 50-60% təşkil edəcək.

Azərbaycanın rayonlarında

Əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Bəzi yerlərdə duman olacağı, gecə və səhər ayrı-ayrı dağlıq və dağətəyi rayonlarda yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 2-7° isti, gündüz 9-14° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti olacağı gözlənilir.