Hava Proqnozu

26 fevralda gözlənilən hava şəraiti

Hava haqqinda melumat 26 fevral 2017
793views

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatı

Bakıda və Abşeron yarımadasında

Hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən cənub-qərb küləyi əsəcək, gündüz güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 4-6, günün birinci yarısında 11-16, günün ikinci yarısında 7-11, Bakıda gecə 4-6, gündüz 14-16, günün ikinci yarısında 7-10 dərəcə isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  760  mm civə sütunundan 773  mm civə sütununa yüksələcək,  nisbi rütubət  gecə 75-85, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında

Hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal rayonlarında yağıntılı olacağı, qar yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi  əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 3-8, gündüz 16-21, dağlarda gecə 0-5, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.