Hava Proqnozu

25 dekabrda gözlənilən hava şəraiti

Hava haqqında məlumat
292views

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya  Departamentinin məlumatı

Bakıda və Abşeron yarımadasında

Buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı, axşam bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 2-4, gündüz 6-8 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında

Hava şəraitinin bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 3-7 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta,  gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.