Hava Proqnozu

22 martda gözlənilən hava şəraiti

22 mart hava proqnozu 2017
26views

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatı

Bakıda və Abşeron yarımadasında

Havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 3-5° isti, gündüz 8-11° isti, Bakıda gecə 3-5° isti, gündüz 8-10° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 % təşkil edəcək.

Azərbaycanın rayonlarında

Arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Axşam bəzi rayonlarda yağıntıda fasilə yaranacaq. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6° isti, gündüz 10-15° isti, dağlarda gecə 0°-5° şaxta, gündüz 3-7° isti olacağı gözlənilir.