Maraqlı

210 milyon dolları doğulduğu kənddəki 80 nəfərə bağışladı

149views

Dünyaca məşhur “Corona” pivə markasının istehsalçısı Grupo Modelo şirkətinin qurucusu İspaniyalı iş adamı Antonio Fernandez Rodriguez, bu ilin avqust ayında 98 yaşında vəfat etmişdi.

İngiltərənin The Telegraph qəzetinin xəbərinə görə, Antonio Fernandez Rodriguez sərvətini İspaniyada doğulduğu Cerezales del Condado kəndində doğulub yaşayanlara bağışlayıb.

Cerezales del Condado kəndində yaşayan 80 nəfəri araşdıran iş adamı, 210 milyon dollarlıq sərvəti sözü gedən 80 nəfər kəndliyə hədiyyə edib. Kənddə yaşayan 80 sakinin hər biri 2.6 milyon dollar sərvətin sahibi olub.

yaaz.az Antonio Fernandez Rodriguez photo

Kənd sakini Maximino Sanchez, “Heç bu qədər pula sahib olmamışdım. Antonio olmasa heç bir zaman da olmazdıq” şəklində danışıb.

İspaniyanın Cerezales del Condado kəndində 13 uşaqlı bir ailənin 11-ci uşağı olaraq doğulan Antonio Fernandez Rodriguez, ailəsinin məktəb xərclərini ödəyə bilməməsi səbəbindən 14 yaşında məktəbi buraxmalı olub.

Daha sonra Meksikaya köçən Rodriguez, 32 yaşında Grupo Modelo şirkətini qurur. Rodriguez, “Corona” pivəsini Meksikanın ən məşhur pivəsinə çevirərək, bu sahədə müvəffəqiyyət əldə edir.

yaaz.az Antonio Fernandez Rodriguez photo

İspaniya Kralı Juan Carlos tərəfindən əlil uşaqlar üçün göstərdiyi xidmətlərə görə, Qürur nişanına layiq görülən Rodriguez, 2009-ci ildə sözü gedən kəndin adına bir Fond qurur.

Kəndində yaşayan insanların həyat keyfiyyətini daim yüksəltmək üçün çalışan Rodriguez, bu Fondda çalışan 300 nəfərə də sərvətinin bir hissəsini bağışlayıb.