Təbiət

21 əsrin ilk 15 ilinin bütün zəlzələləri tək animasiyada

1.09Kviews

Bizə həyat verən bu Dünya, ətrafımıza baxdığımızda nə qədər sakit görünsə də yaranmasından bu yana böyük bir dəyişiklik içərisindədir.

Mütəxəssislərin illərdir apardıqları araşdırmalara görə, Dünyanın yarandığı vaxt baş verən böyük hadisələr nə qədər uzaq bir keçmişdə görünsə də Yer Kürəsi tektonik plitələrin hərəkəti ilə indi də dəyişməkdədir.

Milli Okean və Atmosfer Dairəsi, 1 yanvar 2001-ci ildən, 31 dekabr 2015-ci il tarixləri arasında meydana gələn zəlzələlərin animasiya görüntülərini hazırlayıb.

Animasiyada hər saniyə 30 günə bərabər göstərilərək, fərqli rənglərlə zəlzələlərin böyüklükləri əks olunur. Videonun sonunda isə bu 15 il ərzində baş verən bütün zəlzələlərin ölkələrdəki episentrləri fərqli rənglərdə dairə formasında canlanır. Davamında isə eyni müddət ərzində gücü 6.5 baldan böyük olan zəlzələlərin əraziləri ekranda qalır. Ən sonda isə böyük dağıntılara səbəb olan 8 bal gücündəki zəlzələlər xəritəyə əks etdirilir.