Futbol

2018 Dünya Çempionatı (Təsnifat mərhələsi): Yaponiya gözlənilmədən məğlub oldu

333views

2018 Dünya çempionatının Asiya üzrə təsnifat mərhələsinin 3-cü mərhələsinə start verilib. B qrupunun favoritlərindən olan Yaponiya millisi gözlənilmədən Birləşmiş Ərəb Əmirliklərinə 1:2 hesabı ilə məğlub oldu. Oyunda hesabı yaponlardan Honda açsa da sonradan Khalilin vurduğu 2 qolun qarşısını ala bilməyərən Yaponiya millisi 1:2 hesabı ilə doğma meydanda məğlub olaraq vacib 3 xal itirdi. Digər oyunda isə Avstraliya İraq üzərində 2:0 hesabı ilə qələbə qazanıb.

Elnur Cəfərov
idman xəbərləri yazarı