Dizayn

2017-də ev dizaynları və dekorasiyaları necə olacaq?

1.74Kviews

Gənclər, otaqlarının hər bir küncünün, onların ruhlarını əks etdirməsini istəyirlər. Bu ideya ilə çalışan dizaynerlər indiki vaxtda bir-birindən gözəl, rahat və ekonomik variantları gənclərin bəyənisinə təqdim edirlər, sizə isə yalnız zövqünüzə görə qərar vermək qalır.

Yataq dəsti seçiminə diqqət edin!
Yuxumuzu yetəri qədər almadığımız zaman günə enerjili bir şəkildə başlamaq çox çətin olur. Sağlam bir yataq seçmək üçün bu sahədə mütəxəssislə məsləhətləşmək kafidir. Mövzu yataq dəstinin baş hissəsi olduğunda isə gənclər son dövrlərdə telefonlarını qoya biləcəkləri, kitab oxuyarkən işıq mövzusunda rahatçılıq yaradacaq dizaynları seçim edirlər.

1-19

Dərs çalışarkən gözləriniz yorulmasın!
Dərs çalışan gənclər söz mövzusu olduğunda, yorulan gözlərdən bəhs etməmək mümkün deyil. Bu səbəblə dekorasiyada gözləri yormayacaq seçimlər etmək çox əhəmiyyətlidir. Moda trendleri arasında isə sadə, gözəl və fərq yaradan dizaynlar iştirak edirlər. Artıq bir klassik halına gələn masa lampaları isə yenə də gündəmdə olacaq.

4-17

Otaq nə qədər sadə olarsa,bir o qədər fərah olar!
2017-ci ildə dekorasiya trendlərində sadəlik və zəriflik ön plana çıxacaq. Lakin söz mövzusu gənclər olduğunda kitabları, CD, kompüter oyunlarını saxlamaq üçün əlavə yerə ehtiyac qalmır. Bunun üçün artıq bir çox gənc əyləncəli saxlama qutularının istifadəsini təmin edirlər.

5-16

Rəngli detallardan istifadə edin.
Bir otağı şən hala gətirmək üçün kiçik toxunuşlar əhəmiyyət daşıyır. Rəngarənk yastıqlar, divarlara yapışdırılan stikerlər otağınızın dekorasiyasında fərq yarada bilər.

İlk əhəmiyyətli addım rəngə qərar verməkdir.

Oyandığınız anda sizə enerji verəcək, yaxşı hiss etmənizi təmin edəcək və dərs çalışarkən konsentrasiyanızı pozmayacaq rəngi ən yaxşı siz bilirsiniz. Çünki rənglər və zövqlər müzakirə edilməzdir. Lakin bəzi rənglərlə əlaqədar məlumatları bilməniz vacibdir.

8-12

Sarı
Gün işığının da rəngi olan sarının sinir sistemi üzərində müsbət təsiri vardır. Zəka və ruh halını da təmsil edən rəng, xüsusilə qaranlıq mühitlərdə istifadə edilən məkanı işıqlı göstərmə effektinə görə tez-tez seçim edilənlər sırasındadır.

yellow-home-office

Narıncı
Enerji və xoşbəxtliyi simvollaşdıran narıncının insanlar üzərində fəaliyyəti və iştahı artırıcı təsirləri var. Beyinə gedən oksigen miqdarını da artıran narıncı istifadə edildiyi mühitə verdiyi müsbət enerji səbəbi ilə tez-tez seçim edilməkdədir.

Qəhvəyi
Daş, kərpic, xüsusilə də taxta toxumalı məkanların əvəzedilməzi olan qəhvəyi rəng, rəngli obyektlərdə çox fərqli havaya büründüyündən, dekorasiya yeniləməyi sevənlərin ilk seçimləri arasında iştirak edir.

Mavi
Səma və dəniz rəngi olmasından ötəri, yaz aylarını və həyat enerjisini həyat sahənizə daşıyan mavi, sakitləşdirici təsiri ilə stressdən uzaq dayanmaq istənilən məkanlarda istifadə edilir. Güvən və müdriklik hissi verən rəng, istifadə edildiyi mühitlərdə sərinlik effekti də yaradır.

3-17