Astrologiya

2017-ci il nə ilidir? | Xoruz ili və xüsusiyyətləri

2.08Kviews

Xoruz ili, 2017-ci ilin 28 yanvar tarixində Meymun ilini əvəz edəcək. İşıq və oyanış xüsusiyyətlərini daşıyan bu il, 2017-ci ildə də orjinal və enerji dolu olacaq.

Bu günə qədər düzgün və dəqiq idarə olunan layihələr ən böyük mükafatlarını məhs bu il əldə edəcəklər.

yaaz.az foto xoruz ili haqqinda

Xoruz ilində doğulan insanların xüsusiyyətləri:

Xoruz illəri: 1933 – 1945 – 1957 – 1969 – 1981 – 1993 – 2005 – 2017 – 2029…

Uğurlu rəqəmləri: 5, 7 və 8

Uğursuz rəqəmləri: 1, 3 və 9

Uğurlu rəngləri: Qızılı, Qəhvəyi və Sarı

Uğursuz rəngləri: Ağ və Yaşıl

yaaz.az foto xoruz ili haqqinda

Güclü xüsusiyyətləri: Azad, istiqanlı, qabiliyyətli, özgüvenə sahib.

Zəif xüsusiyyətləri: Səbrsiz, həssas, gözləniməz reaksiya, eqoist.

yaaz.az foto xoruz ili haqqinda

Uğurlu sevgi münasibəti: Öküz və İlan

Uğursuz : Dovşan

yaaz.az foto xoruz ili haqqinda

Xoruz ilində doğulan məşhurlar: 

Britney Spears, Justin Timberlake, Elton John, Jennifer Aniston, Anna Kournikova, Anne Heche, Alexis Bledel, Bette Midler, Cate Blanchett, Diane Sawyer, Elijah Wood, James Marsters, Jessica Alba, Matthew McConaughey, Matt Damon, Natalie Portman, Taylor Momsen, Catherine the Great, Amelia Earhart, Rudyard Kipling, Groucho Marx, Peter Ustinov, Tagore, Roger Federer, Serena Williams

yaaz.az foto xoruz ili haqqinda

XARAKTERİ:

Xoruz, ev heyvanlarının lideri olduğu üçün, bu ildə doğulan insanlar çox qürurlu, özündən əmin və təkəbbürlüdürlər. Şüarları Sədaqətlikdir. Səmimidirlər. Hər zaman həqiqəti deyər və verdikləri sözləri tutarlar. Daim qarşılıqlı hörmət gözləyən bu ilin sahibləri mənfi cəhətlərinin ortaya çıxmasından utanar və çəkinərlər.

Xoruz ilində doğulan insanların ən güclü xüsusiyyətləri müşahidə qabiliyyətidir. Bir işin hər detalını incələyərlər. Hətta onlar haqında, çiynində də gözləri var deyilir. Heç bir şey diqqətindən qaçmaz. Sosialdırlar və iddialı işləri bacarmaq qabiliyyətinə malikdirlər.

yaaz.az foto xoruz ili haqqinda

Diqqət mərkəzində olmağı, təqdir edilməyi, təriflənməyi sevən bu ilin sahibləri zövqlüdürlər və yaxşı geyinməyi bacarırlar. Başqalarının görünüşünü davamlı tənqid etməyi sevərlər. Səyahətlərində yaxşı pul xərcləyərlər. Yeni tanışlıqlara daim meyillidirlər. Həddindən artıq göstərişli davranışları onları ehtiraslı olmağa doğru aparar. Cəsur insanlardılar və birinin köməyə ehtiyacı olduğunda dərhal ora qaçarlar.

Tövsiyə almaqda çətinlik çəkərlər. Müstəqil təbiəti, iş həyatında davamlı olaraq öz inkişafını təmin etməsini və öz mənfəətini qorumasını təmin edər. Öz fikirlərinə, tənqidlərinə və seçimlərinə güvənərlər. Bəzən inadçılığı tuta bilər. İş həyatında yorulmaz və haqqları üçün sonuna qədər mübarizə apararlar.

Xoruz ilində doğulan insanlar bəzən çox eqoist və öz fikirlərini qəbul etdirməyi sevsələr də, güvənilən və yaxşı vaxt keçirilən bir yoldaş olmağı da bacarırlar.

Xoruz çox romantikdir. Hədiyyələri sevərlər, bahalı brendləri isə xüsusi ilə. Daim əsl sevgini axtarar və sevdiyi insanlara sadiq olarlar..