İnternetŞəbəkə

2016-cı ilin sözü seçildi | Bu dəfə təəssüfləndirdi

222views

Dictionary.com, müəyyən bir vaxt ərzində on minlərlə insanın maraq dairəsində olan sözləri araşdıraraq ilin sözünü müəyyənləşdirir.

Şirkətin redaktorları, 2016-cı il ərzində media sahəsində daha çox istifadə olunan  və axtarılan sözləri təsbit edərək, “Xarici qorxusu” mənasını verən “zenofobi” kəlməsini ilin sözü seçib.

Bu sözün İngiltərənin ‘Brexit’ seçkiləri, ABŞ prezident seçkiləri, Suriyalı qaçqınların aqibəti ilə bağlı müzakirələr, irqçi polis hücumları və hətta transların hansı tualeti istifadə etdiyi müzakirələri əsnasında ortaya çıxdığı müşahidə olunub.

Berkeley Siyasi Cəmiyyətinin üzvü  Professor Robert Reich, zenofobi haqqında məlumat verərkən, “Belə düşünürəm ki bu nəticə qarşılaşdığımız ən böyük təhlükələrdən bridir. Bu kəlmənin önə çıxması bizi təəssüfləndirir . “Xarici qorxusu”, yaxşı hisslər ötürmür ” deyə ifadəsində bildirib.

Xatırladaq ki, keçən il Oxford Dictionaries, (Oxford Lüğəti) ilin sözü olaraq ’emoji’ kəlməsini seçmişdi.