İnternetMaraqlıŞəbəkə

2016-cı ildə internetdə ən çox istifadə olunan şifrələr

Nece shifre secmeliyem? 2017
1.07Kviews

Şifrə seçərkən əsasən xatırlaya biləcəyimiz asan bir şey olmasına üstünlük veririk. Ancaq olduqca sadə olan şifrələr internet hesabımız üçün böyük təhlükədir.

Bəs yaxşı 18atcskd2w, 1q2w3e4r və ya 3rjs1la7qe kimi şifrələr necə oldu ki, 2016-cı ilin ən çox istifadə olunan şifrələr siyahısına girə bildi?

10 milyon şifrəni araşdırdığını söyləyən kiber təhlükəsizlik şirkəti Keeper’in məlumatlarına görə, 2016-ci ildə ən çox istifadə olunan 25 şifre aşağıdakılardır;

123456, 123456789, qwerty, 12345678, 111111, 1234567890, 1234567, password (şifrə), 123123, 987654321, QWERTYUIOP, mynoob, 123321, 666666, 18atcskd2w, 7777777, 1q2w3e4r, 654321, 555555, 3rjs1la7qe, google, 1q2w3e4r5t, 123qwe, zxcvbnm , 1q2w3e .

Siyahıda olduqca sadə şifrələrin yanında digər qəzliz şifrələr, əslində spam robotları tərəfindən istifadə edilir.

Kiber təhlükəsizliyi üzərinə blog yazan Graham Cluley, bu şifrələrin forumlarda yaradılan saxta hesablardan götürüldüyünü söyləyir. Bu spam hesablar əsasən saxta dərmanlar və zəiflədici həblər satmaq kimi işlərlə məşğul olan fırıldaqçılar tərəfindən istifadə edilir.

yaaz.az en yaxşı şifreler

Keeper şirkəti etibarlı bir şifrə yaratmaq üçün 3 əsas nüansa diqqət yetirməyinizi təklif edir:

1. Müxtəlif işarələr istifadə edin: Ədədlər, böyük və kiçik hərflər və ya xüsusi simvollar istifadə edərək daha qüvvətli şifrələr yarada bilərsiniz.

2. Lüğətdə olan dəqiq sözlərdən istifadə etməyin: Lüğətdə olan sözlərdən istifadə, kompüter dələduzlarının işini asanlaşdırır, çünki ‘Lüğət hücumu’ edərək şifrənizi asanlıqla qıra bilirlər.

3. Bir şifrə menecerindən yararlanmaq: Güclü şifrələr düşünmək və xatırlamaq çətindir. Bu səbəblə sizin yerinizə şifrə yarada biləcək şifrə idarəçisi vasitələrindən istifadə edə bilərsiniz.