MaraqlıSənətTəbiət

2 ay vaxt sərf olunan inanılmaz əsər 1 dəqiqədə

Marcel Witte 2017
1.04Kviews

Hollandiyalı rəssam Marcel Witte, fotoşəkillərə bənzəyən və eyni zamanda güclü mesajlar ötürə bilən tablolar yaradır.

Rssamın ‘Köç’ adlı əsəri də belə tablolardandır. Rəsmdə bir qütb ayısı və ona sığınan iki balası hava yastığı üzərində təsvir olunub. Hansı ki, hərəkət olaraq onların okean üzərində üzdükləri göstərilir. Bu da hardasa son zamanlar dünya üçün böyük təhlükəyə çevrilmiş ‘Qlobal istiləşmə’yə bir vurğudur.

Rəssam, sözü gedən əsəri 2 ay ərzində bitirdiyini bildirib:

“Rəsmlərin rənglənmə mərhələsinə keçməzdən əvvəl seçdiyim obrazların bir neçə fotoşəklini izləyirəm. Bunu heyvanları daha düzgün ifadə edə bilmək üçün edirəm. Bu şəkildə onların xarakterini, davranışını və təbiətdəki əsl duruşunu incələyirəm. O qədər real olmalıdır ki, izləyicidə onlara sarılıb qucaqlamaq istəyi yaransın. Məhz elə bu hissləri insanlara ötürmək üçün heyvanları rəngləyirəm.”

https://www.youtube.com/watch?v=faFlTdTZsck