Dünya

18 yaşlı gənc qız bakirəliyini 2.3 milyon avroya satıb

Aleexandra Kefren 2017
752views

“The Mirror” qəzeti yazır ki, bir yeniyetmə qız bakirəliyini bir Honq Konq biznesmeninə 2 milyon 300 min avroya satıb.

18 yaşlı Aleexandra Kefren hələ ötən noyabrda Britaniya telekanallarından birinə demişdi ki, bakirəliyini çox baha qiymətə satmaq niyyətindədir.

İndi isə adının çəkilməsini istəməyən milyonçu ona müştəri düşüb.

Aleexandra bu sövdələşməni Almaniyada mənzillənmiş Cinderella Escorts şirkəti vasitəsilə həyata keçirib. Bu ziddiyyətli şirkətin biznesi elə qızların bakirəliyinin alqı-satqısını təşkil etməkdir.

Əslən Rumıniyadan olan Aleexandra Britaniya televiziyasına müsahibəsində demişdi ki, bu ideya onun başına ilk dəfə 15 yaşında olarkən “Ədəbsiz təklif” filminə baxdıqdan sonra gəlib.

“The Mirror” yazır ki, qız bu fikirlərini səsləndirməklə o vaxt televiziya tamaşaçılarını şoka salmışdı.

“Onda 15 yaşım vardı və düşündüm ki, mən də bəkarətimi sata bilərəm – demişdi Aleexandra, – İnternetdə axtarış aparıb görmüşdüm ki, bəzi qızlar özlərini 3, 5 milyon avroya və hətta daha baha qiymətə satırlar”.

“Mən çox yoxsul ölkədə yaşayıram və valideynlərimə ev almaqda kömək etməliyəm” – demişdi yeniyetmə.

“The Mirror” yazır ki, Cinderella Escorts şirkəti Almaniyanın Dortmund şəhərində mənzillənib. Şirkətin qurucusu 26 yaşlı Jan Zakobielskidir.

O özünün ziddiyyətli biznesini müdafiə edib: “Heç kim bu cavan qızları nəyə isə məcbur etmir”.

“Ağılları da var, seks barədə şəxsi rəyləri də” – deyib Zakobielski.