GündəmXəbərlər

17 saat sonra möcüzə xilas

241views

İtaliyada dünən səhər meydana gələn 6 bal gücündəki zəlzələdə həyatını itirənlərin sayı 247 nəfərə çatıb. Yerli saatla 03:36 -da baş verən və 20 saniyə davam edən zəlzələdən tam 17 saat sonra möcuzə yaşandı. 10 yaşındakı balaca qız  17 saat sonra dağıntılar altından sağ olaraq çıxarıldı.

,RTzkCZ37GUOzFemhEssUCQ

İtaliyanın Pescara tel Tronto qəsəbəsində axtarışlar aparan qrup, dağıntıar altından gələn uşaq səsini eşitdilər və həmin yerə daha ciddi yönələrək qaranlığın içərisindən sağ qalan 10 yaşındakı Guila adlı qizi xilas etməyi bacardılar. Uzun müddətdir çalışan xilasetmə qrupu sağ qalan balaca qıza sarılaraq böyük sevinc yaşadı.

,U4i0pu9PVk-CEYx1dXw0NA

Zəlzələnin daha çox dağıntılara məruz qaldığı yerlərdə isə xilasetmə və təmizləmə işləri davam etməktədir. 4 qəsəbə demək olar ki sıradan çıxıb. Turistlərin daha çox olduğu bölgə kimi tanınan Amatrice-də yerləşən Hotel Roma-da isə tək ölənlərin sayı 70 nəfərdi.

,wA21XW7zoUKj_8hgbrs-mQ

Bölgədə isə kiçik təkanların olduğunu və bu gün səhərə yaxın 4.5 bal gücündəki zəlzələnin yenidən insanları qorxutduğu bildirilir. İtaliya dövləti xalqına səslənərək diqqətli olmağı və təhlükəli ərazilərdən uzağ durmağı tövsiyə edib.

,GXhOCpHxFUCMfWvo-1pBmQ