Futbol

17 ildə dəyişməyən ənənə

790views

Fenerbahçe öz evində Galatasarayı 2-0 məğlub edib.

45’ci dəqiqədə Şenerin məhsuldar ötürməsi ilə Galatasaraya qarşı ilk qolunu vuran Robin Van Persie, komandasını 1-0 önə çıxardıb.

yaaz.az foto fenerbahce galatsaray 2016 kasım

Galatasaraya nisbətən daha intizamlı oyun sərgiləyən Fenerbahçe, 79-cu dəqiqədə rəqib futbolçu Serdar Azizin səhvi ilə penaltı əldə edib. Topun arxasına keçən Robin Van Persie, dəqiq vuruşla hesab arasındakı fərqi 2’ə çıxardıb.

Beləliklə Galatasaray, 22 dekabr 1999-cu ildən bu yana Kadıköydəki liqa oyunlarında bir daha Fenerbahçe qarşısında qələbə əldə edə bilməyib.

yaaz.az foto fenerbahce galatsaray 2016 kasım

Kadıköydə ardıcıl 18-ci qələbəsini qazanan Fenerbahçe isə, bu qalibiyyətlə xalını 21’ə yüksəldib və 20 xalda qalan Galatasarayı geridə qoyaraq 3-cü sırada yerini alıb.