Hava Proqnozu

17 dekabrda gözlənilən hava şəraiti (Xəbərdarlıq)

264views

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya  Departamentinin məlumatı

Bakıda və Abşeron yarımadasında

Hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi yerlərdə yağış, sulu qar, qar yağacağı gözlənilir. Səhər zəif duman və çiskin olacaq. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 0-3 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti, Bakıda gecə 0-2 dərəcə şaxta, gündüz 1-3 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında

Bəzi yerlərdə yağış, sulu qar, qar yağacağı, intensiv olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti, dağlarda gecə 9-14,  gündüz 0-5 dərəcə şaxta olacaq.

Xəbərdarlıq

Dekabrın 17-də Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi, 17-si axşama doğru, 18-də gecə və səhər bəzi yerlərdə yağış, sulu qar, qar yağacağı gözlənilir. Gecə və səhər yollar buz bağlayacaq.

Tibbi-meteoroloji proqnoz

Dekabrın 17-də Abşeron yarımadasında gündüz güclü xəzri küləyi fonunda rütubətli hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişsizdir. Dekabrın 18-19-da meteoroloji amillərin mülayim və zəif tərəddüdü müsbət amildir.