Hava Proqnozu

16 dekabrda gözlənilən hava şəraiti

136views

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatı

Bakıda və Abşeron yarımadasında

Hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə qar yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında 1-4 dərəcə şaxta, gündüz 1-4 dərəcə isti,  Bakıda gecə 1-3 dərəcə şaxta, gündüz 1-3 dərəcə isti olacaq.

Atmosfer  təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət  80-90 faiz  təşkil edəcək. Gecə və səhər yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarında

Bəzi yerlərdə qar yağacağı, gündüz əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2-7 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti, dağlarda gecə 9-14, gündüz 0-5 dərəcə şaxta olacaq. Yollar buz bağlayacaq.