Hava Proqnozu

15 oktyabrda gözlənilən hava şəraiti

851views

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya  Departamentinin məlumatı

Bakıda və Abşeron yarımadasında

Arabir yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 12-14, gündüz 14-16 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət  85-95 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında

Şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 10-14, gündüz 15-18, dağlarda gecə 2-7, gündüz 7-12 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Oktyabrın 15-17-də Abşeron yarımadasında hava şəraitinin təzadlı dəyişməsi, yağışlı, güclü küləkli havanın üstünlüyü və iqlim normasından aşağı temperatur rejimi meteohəssas insanlar üçün əlverişsizdir.