Hava Proqnozu

15 noyabrda gözlənilən hava şəraiti

257views

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya  Departamentinin məlumatı

Bakıda və Abşeron yarımadasında

Hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşama doğru isə yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman və çiskin olacaq. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 9-11, gündüz 12-15, Bakıda gecə    9-11, gündüz 12-14 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu, nisbi rütubət  gecə 80-90, gündüz 65-75 faiz təşkil edəcək.

 Azərbaycanın rayonlarında

Hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman və çiskin olacaq.  Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-9, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Noyabrın 15-dən 17-si gündüzədək Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir