Hava Proqnozu

14 dekabrda gözlənilən hava şəraiti

163views

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatı

Bakıda və Abşeron yarımadasında

Hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi, gün ərzində arabir yağış yağacağı, axşam sulu qara, qara keçəcəyi, çovğun olacağı gözlənilir.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə və səhər 5-7, gündüz 1-4 dərəcə isti olacaq.

Atmosfer  təzyiqi 756 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək, nisbi rütubət  80-90 faiz  təşkil edəcək.

Azərbaycanın rayonlarında

Şimal və qərb rayonlarından başlayaraq arabir yağış, sulu qar, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə və gündüz 3-8 dərəcə isti, dağlarda gecə  və gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq. Yollar buz bağlayacaq.

Tibbi-meteoroloji xəbərdarlıq

Dekabrın 14-15-də Abşeron yarımadasında güclü xəzri küləyi fonunda soyuq diskomfortlu və yağıntılı hava şəraiti meteohəssas insanlar üçün çox əlverişsizdir. Uzun müddət açıq havada qalmaq məsləhət deyil.