Hava Proqnozu

13 noyabrda gözlənilən hava şəraiti

793views

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya  Departamentinin məlumatı

Bakıda və Abşeron yarımadasında

Hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 9-12, gündüz 15-19, Bakıda gecə    10-12, gündüz 17-19 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 771 mm civə sütunundan 763 mm civə sütununa enəcək, nisbi rütubət  gecə 70-80, gündüz 55-60  faiz təşkil edəcək.

 Azərbaycanın rayonlarında

Hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman və çiskin olacaq.  Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 15-20, dağlarda gecə 3-8, gündüz 13-18 dərəcə isti olacaq.