Hava Proqnozu

13 fevralda gözlənilən hava şəraiti

Hava haqqinda melumat 13 fevral 2017
851views

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatı

Bakıda və Abşeron yarımadasında

Arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi bəzən güclənəcək.

Havanın temperaturu gecə 0-2° şaxta, gündüz 0-3° isti, Bakıda gecə 0-2° şaxta, gündüz 0-2° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 85-95 % təşkil edəcək.

Azərbaycanın rayonlarında

Həmçinin arabir qar yağacağı və ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 0-4° isti, dağlarda gecə 6-11° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir.

Yolların buz bağlama ehtimalı var.