DigərHava Proqnozu

12 Sentyabr’da gözlənilən hava şəraiti

262views

Sabah Bakıda və Abşeron yarımadasında yağmurlu hava gözlənilir


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, səhər və gündüz yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.

Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-22° isti, gündüz 24-28° isti, Bakıda gecə 20-22° isti, gündüz 25-27° isti olacağı gözlənilir. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 50-60 % təşkil edəcək.

Sentyabrın 12-də Azərbaycan rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 26-31° isti, dağlarda gecə 9-14° isti, gündüz 16-21° isti olacağı gözlənilir.