Hava Proqnozu

12 martda gözlənilən hava şəraiti

Hava haqqinda mart 12 2017
165views

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatı

Bakıda və Abşeron yarımadasında

Hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər  bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq  küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 2-5, gündüz 9-14, Bakıda gecə 3-5, gündüz 11-13 dərəcə isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  normadan yüksək 761  mm civə sütunundan 764 mm civə sütununa yüksələcək,  nisbi rütubət  gecə 80-90, gündüz 65-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında

Hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı  gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi  əsəcək.

Havanın temperaturunun gecə 1-5, gündüz 12-17, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti,  gündüz  5-10 dərəcə isti olacağı gözlənilir.