Hava Proqnozu

12 fevralda gözlənilən hava şəraiti

Hava haqqinda melumat 12 fevral 2017
384views

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatı

Bakıda və Abşeron yarımadasında

Arabir bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Şimal küləyi əsəcək.

Hava temperaturunun Abşeron yarımadasında gecə 0-2° şaxta, gündüz 1-4° isti, Bakıda isə gecə 0-2° şaxta, gündüz 2-4° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət 80-90 % təşkil edəcək.

Azərbaycanın rayonlarda

Arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.

Gecə 0-5° şaxta, gündüz 1-6° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir.

Əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.