Hava Proqnozu

10 yanvarda gözlənilən hava şəraiti

Hava haqqinda melumat 10 yanvar
101views

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatı

Bakıda və Abşeron yarımadasında

Hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecəyə doğru isə yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman, çiskin olacaq. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 1-4, gündüz 6-9, Bakıda gecə 2-4, gündüz 7-9 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 760 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 85-95, gündüz 65-75 faiz  təşkil edəcək.

Azərbaycanın rayonlarında

Hava şəraitinin əsasən yağmursuz keçəcəyi, axşama doğru isə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti,  gündüz 2-7  dərəcə isti olacaq.